Misirdə dəhşətli qəza - 19 ölü

misirde-dehsetli-qeza
Oxunma sayı: 1001

Misirin paytaxtı Qahirənin qərbində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ahbar əl-Yevm” məlumat yayıb.

Bildirilib ki, yük maşını və sərnişin avtobusunun toqquşması nəticəsində 19 nəfər həyatını itirib.

Yaralılarla bağlı məlumat verilməyib.

“Əl-Mısri əl-Yevm” qəzeti isə qəzadan heç kimin xilas olmadığını yazıb.