Misirdə eradan əvvələ aid 110 məzar tapıldı

misirde-eradan-evvele-aid-110-mezar-tapildi
Oxunma sayı: 1817

Misirin Dexaliyə şəhərində miladdan əvvələ aid 110 məzar aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəhər yaxınlığındakı Koum əl-Xulqan arxeoloji qazıntı sahəsində aparılan araşdırmalarda 110 məzar tapılıb.

Oval şəklində olan məzarlardan 73-nün eradan əvvəl 6000-3000-ci illərdən, dördbucaqlı şəklində olan 37 məzarın isə e.ə. 1782-1570-ci illərdən qalma olduğu açıqlanıb.

Qeyd olunub ki, məzarlarda insan qalıqları ilə yanaşı, qab-qacaqlara da rast gəlinib.