Ötən ilin dekabrında Misir Hərbi-Dəniz Donanması tərəfindən “Suets” limanında saxlanılan Ukraynaya məxsus “Seh Shark” tankerinin 31 dənizçisi sərbəst buraxılıb.
“Qafqazinfo”nun “Ukrainskaya pravda”ya istinadən verdiyi xəbərə görə, dənizçilər artıq Ukraynaya qayıdıblar.
Qeyd edək ki, Misir hökuməti tankeri özündə saxlamaq qərarına gəlib. Belə ki, ölkənin ərazi sularına qanunsuz olaraq daxil olduğuna görə 56 milyon dollar cərimə ödənməlidir.
Xatırladaq ki, girov saxlanılanlardan biri Azərbaycan, ikisi Rusiya, 17-si Ukrayna, digərləri isə Filippin, Şri-Lanka və Hindistan vətəndaşlarıdır.
Son xəbərlər
Son Xəbərlər