Misirdə hərbi təyyarə qəzaya uğradı

misirde-herbi-teyyare-qezaya-ugradi
Oxunma sayı: 985

Misir Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Misir ordusunun rəsmi nümayəndəsi məlumat yayıb.

“Misir Hərbi Hava Qüvvələrinin təlim uçuşları zamanı bir qırıcı qəzaya uğrayıb. Səbəb texniki problem olub”, - ordudan bildirilib.

Təyyarənin qəzaya uğrama şəraiti aydınlaşdırılır, yoxlamaya başlanılıb.