Misirdə Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olundu - Fotolar

misirde-medeniyyet-nazirliyi-terefinden-sergi-teskil-olundu
Oxunma sayı: 1240

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Misirdə səfərdədir.

Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 8-10 dekabr tarixlərində Misirin Qahirə şəhərində keçirilən ikinci Ali Təhsil və Elmi Tədqiqatlar üzrə Qlobal Forumu çərçivəsində ölkəmiz üçün ayrılmış guşədə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi açılıb.

Sərgidə Azərbaycan mədəniyyəti və tarixinə həsr olunan videoçarxlar, cari ildə 880 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi, Azərbaycanın mədəniyyəti paytaxtı olan Şuşa şəhəri, o cümlədən Qarabağ haqqında dolğun məlumatlar ziyarətçilərə təqdim olunur. Həmçinin, ziyarətçilərə ölkəmiz haqqında kitablar da paylanılır.

Dekabrın 10-dək davam edəcək sərgidə Azərbaycan guşəsinə böyük maraq göstərilir.