Misirdə partlayış - 6 ölü, 15 yaralı

misirde-partlayis
Oxunma sayı: 645

Misirin Buheyr əyalətində yanacaq borusunda baş vermiş partlayış nəticəsində altı nəfər ölüb, on beş nəfər yaralanıb. “Qafqazinfo” bildirir ki, tələfat barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Partlayışa səbəb yerli sakinlərin İsgəndəriyədən Qahirəyə gələn boru kəmərindən benzin oğurlamağa cəhd etmələri olub. Sakinlər qeyri-qanuni şəkildə yanacaq borusunu kəsib. Nəticədə benzin alışıb və güclü partlayış baş verib.

Ölkənin fövqəladə xidməti yanğını lokallaşdıra bilib. Misirin Neft Nazirliyinin məlumatına görə, boru kəmərinin həmin ərazisində situasiya nəzərat altındadır.