Misirdə prezident seçkiləri başa çatıb

misirde-prezident-seckileri-basa-catib
Oxunma sayı: 1275

Misirdə üç gün ərəzində keçirilən prezident seçkiləri başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata əsasən, yerli vaxtla saat 22:00-da seçki məntəqələri bağlanılıb.

Seçkilərdə ölkənin hazırkı dövlət başçısı Əbdülfəttah əs-Sisi və “Al Qad” partiyasının lideri Musa Mustafa Musa prezident postu uğrunda mübarizə aparır.

Artıq səslərin sayılması prosesi başladığı və rəsmi nəticələrin aprelin 2-də elan olunacağı bildirilib.