Misirdə müxalifətin boykot etdiyi və cəmi 2 namizədin iştirak etdiyi prezident seçkilərinin nəticəsi açıqlanıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hazırki prezident Əbdülfəttah əs-Sisi səslərin 97,08 faizini (21 milyon 835 min 387 səs) alaraq növbəti dəfə 4 il müddətinə ölkə başçısı seçilib.
Onun rəqibi Mustafa Musa isə 2,92 faiz (656 min 534 səs) səs toplaya bilib.
Səsvermədə seçicilərin cəmi 41,5 faizi iştirak edib.

Son xəbərlər
Son Xəbərlər