Misirdə insanları daşıyan yük maşınının qatar ilə toqquşması nəticəsində azı səkkiz nəfər həlak olub, daha səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
“Qafqazinfo” AzərTAC-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Misirin cənubunda Asuan əyalətində baş verib.
Qəza nəticəsində bir neçə vaqon relsdən çıxıb.
Hadisə yerində xilasetmə işləri aparılır.
Son xəbərlər
Son Xəbərlər