Misirdə qatar qəzası nəticəsində ölənlərin sayı 23-ə çatdı

misirde-qatar-qezasi-neticesinde-olenlerin-sayi-23-e-catdi
Oxunma sayı: 975

Misirin Baş Prokurorluğu bazar günü, aprelin 18-də baş vermiş dəmir yolu qəzasının qurbanları haqqında yeni məlumatlar açıqlayıb.

“Qafqazinfo” “Al-Youm Al-Sabia” nəşrinə istinadən xəbər verir ki, Qahirədən şimalda qatarın relsdən çıxması nəticəsində 23 nəfər həlak olub, 139 nəfər xəsarət alıb. Daha əvvəl ölkənin Səhiyyə Nazirliyi 11 nəfərin öldüyü barədə bildirirdi.

Xatırladaq ki, aprelin 18-də Əl-Mənsur şəhərindən Qahirəyə hərəkət edən qatar Qalyubia əyalətinin Tux yaşayış məntəqəsi ərazisində relsdən çıxıb, səkkiz vaqon çevrilib. İlkin istintaq qəzanın təmir işləri aparılan ərazidə nəqliyyat vasitəsini saatda 120 km sürətlə sürən maşinistin təqsiri üzündən baş verdiyini təyin edib.

Bu, Misirdə ay ərzində baş vermiş ikinci böyük dəmir yolu qəzasıdır. Martın 26-da Sohaq əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində 19 nəfər ölüb, 200-ə yaxın insan xəsarət alıb.