Misirin Aralıq dənizi sahilində yerləşən ed-Dabaa şəhərində sərnişin qatarı relsdən çıxıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza nəticəsində azı 36 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Yaralıların sayının artacağı istisna edilmir.
Ölən yoxdur.
Son xəbərlər
Son Xəbərlər