Misirdə qaz kəməri yenə partladıldı

misirde-qaz-kemeri-yene-partladildi
Oxunma sayı: 639

İslamazeri.az-ın TRT-yə istinadən verdiyi xəbərə görə, Misirdən İsrailə təbii qaz daşıyan boru xəttinə bir ildə 13-cü hücum olub.

Əl Ariş şəhəri yaxınlığındakı partlayışdan sonra alovların hündürlüyü 20 metrə qədər yüksəlib.

Rəsmilər təbii qaz borusunun altına basdırılan bombaların partladıldığını bildiriblər.

Yanğın Sina yarımadasındakı Əl Ariş şəhərində panikaya səbəb olub.

Agentliklər xətdə son partlayışın fevralın 5-də baş verdiyini, həftələrlə davam edən təmirdən sonra keçən həftə İsrail və İordaniyaya təbii qaz nəqlinin başladığını bildiriblər.