Misirdə rekord ardınca rekord

misirde-rekord-ardinca-rekord
Oxunma sayı: 2636

Misirdə son sutka ərzində koronavirusa yoluxanların sayı 720 nəfər artıb. Bu, xəstəliyin yayılmağa başlamasından indiyədək ölkədə qeydə alınan ən yüksək göstərici olub (daha əvvəlki rekord göstərici mayın 19-da qeydə alınmışdı - 535 nəfər).

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xalid Mücahid məlumat verib. Bununla da Misirdə koronavirusa yoluxanların ümumi sayı 13 484-ə yüksəlib.

Son 24 saat ərzində daha 14 nəfər xəstəliyin qurbanı olub. Nəticədə ölkədə koronavirusdan ölənlərin sayı 659-a çatıb.

Bundan əlavə, indiyədək 3 742 pasiyent sağalıb (son sutkada 302 nəfər) və xəstəxanalardan evə buraxılıb.