Misirdən Astana bəyanatı

misirden-astana-beyanati
Oxunma sayı: 755

Misir, Suriya böhranı mövzusunda Astanada keçirilən danışıqlarda əldə olunmuş razılaşmanı məmnuniyyətlə qarşılayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumata görə, Misirin bütün Suriya ərazisində atəşkəs təmin olunmasını, zorakılığın dayanmasını və humanitar vəziyyətin yaxşılaşdırılmasını hədəfləyən bütün səyləri dəstəklədiyi vurğulanıb.

Qeyd edək ki,  Astanada Türkiyə, Rusiya və İran arasında, Suriyada atəşkəs bölgələri yaradılmasına dair müqavilə imzalanıb.