Misirin eks-prezidenti məhkəmə zalında öldü

misirin-eks-prezidenti-mehkeme-zalinda-oldu
Oxunma sayı: 5183

Misirin sabiq prezidenti Məhəmməd Mursi Qahirədə vəfat edib.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Əl-Əhram" nəşri yazıb.

O, əsas dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında dünyasını dəyişib.

Qeyd edək ki, M. Mursi ölkə rəhbərliyindən 2013-cü ildə kənarlaşdırılmışdı.