Misirin nəqliyyat naziri istefa verdi - Qəzaya görə+Video

misirin-neqliyyat-naziri-istefa-verdi
Oxunma sayı: 1319

Misirin paytaxtı Qahirədə dəmiryol vağzalında lokomotivin perronla toqquşma anının görüntüsü  yayılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, texniki baxışdan sonra platformaya yola düşən teplovozun əyləc sistemində problem yaranıb və qəza baş verib. Zərbənin gücündən teplovozun yanacaq deposu dağılıb. Nəticədə yanğın meydana gəlib və 28 nəfər ölüb, 50-dən çox insan yaralanıb. 

Baş vermiş qəzadan sonra nəqliyyat naziri Xişam Ərəfat Mehdi Əhməd istefa verib.