Misirin uduzmasına dözməyən keçmiş məşqçi öldü

misirin-uduzmasina-dozmeyen-kecmis-mesqci-oldu
Oxunma sayı: 1908

Misirin "Zemalek" komandasının keçmiş məşqçisi Əbdülrəhim Məhəmməd Neqma Dünya Çempionatı -2018-in üçüncü turu zamanı dünyasını dəyişib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Misir-Səudiyyə Ərəbistanı matçını şərh edən keçmiş məşqçi ölkəsinin 2:1 məğlubiyyətindən sonra infarkt keçirib.

Neqma dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.