“Qafqazinfo”nun məlumatına görə, birinci mərhələdə 40 ən gözəl iştirakçı seçiləcək. Finalda isə 22 gözəl yer alacaq və qalib gözəl ölkəmizi beynəlxalq müsabiqədə təmsil edəcək. Finalçılar müxtəlif naminantlar almaqla bərabər qalib avtomobil qazanacaq. Müsabiqənin Azərbaycanda rəsmi təmsilçisi "High Life Fashion & Model Academy”dir. Martın 15-i baş tutacaq kastinqdən sonra münsiflər heyətinin iştirakıyla mətbuat konfransını keçiriləcək.
Münsiflər heyəti:
Layihə rəhbəri, modelyer və akademiyanın prezidenti Mübariz Allahverdizadə,
Layihənin təşkilatçısı, akademiyanın baş direktoru Aqil Məmiyev
Əməkdar artist Hüniyyə Mürvətova
Müğənni Nura Suri
Müğənni Zamiq Hüseynov
Aparıcı Nərgiz Cəlilova
Aparıcı Şəhriyar Əbilov
Model Oksana Rzayeva
Müsabiqənin keçən il Azərbaycan təmsilçisi model Anastasiya Bern
Türkiyədən rəsmi nümayəndə Turan İşıqlı
Model İlqar Əliyev
Qeyd edək ki, “Miss Eurovision of Azerbaijan” gələn il ölkəmizdə keçirilməsi planlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər