“Missiya mümkündür” - Elxan Məmmədov

missiya-mumkundur
Oxunma sayı: 1183

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA Millətlər Liqasının püşkatmasını şərh edib. “Qafqazinfo” xəbər verir ki, qurum rəsmisi  Kosovo, Farer Adaları və Malta ilə eyni qrupda yer almağımıza münasibət bildirib. 

Məmmədov bu yarışda missiyamızı yerinə yetirməyin mümkünlüyünü deyib: “Bizi maraqlı yarış gözləyir. Üç ay ərzində yarışın qrup mərhələsi başa çatacaq. Kənardan rəqiblərin aşağı reytinqli komandalar olduğu görünür. Ancaq komandamızın 3 gün ərzində 2 oyun keçirəcəyini və bu matçlardan birinin doğma, digərinin isə rəqib meydanında olacağını nəzərə alsaq, yarışın asan keçməyəcəyi dəqiqdir.

Əlbəttə, məqsədimiz birinci pilləni tutmaq, düşüncəmiz isə hər oyunda qalib gəlməklə bağlı olmalıdır. Rəqiblərimiz də xal və ya xallar qazanmaq üçün mübarizə aparacaqlar. Bu baxımdan heç bir görüş asan keçməyəcək. Üç ay ərzində intensiv bir yarış izləyəcəyik. Missiya mümkündür”.