Mişustin Azərbaycandadır - Foto

misustin-azerbaycandadir
Oxunma sayı: 2727

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin bu gün Azərbaycana səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər qarşılayıblar.