Mişustin mətbuat katibini də özü ilə gətirdi

Mişustin mətbuat katibini də özü ilə gətirdi
Oxunma sayı: 1097

Boris Belyakov Rusiya Federasiyası Hökumətinin Mətbuat xidməti departamentinin direktoru - Baş Nazirin mətbuat katibi təyin olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Nazir Mixail Mişustinin imzaladığı sərəncamda bildirilib.

Məlumata görə, Belyakov Federal Vergi Xidmətində Mişustinin Mətbuat katibi kimi fəaliyyət göstərib.

Sənədə görə, Baş Nazirin mətbuat katibi hökumət aparatı rəhbərinin müavini statusuna malik olmayacaq. Keçmiş Baş Nazir Dmitri Medvedevin mətbuat katibləri Natalya Timakova və Oleq Osipovun hökumət başçılarının müavinləri idi.

Bundan başqa, M. Mişustin Rusiya Federasiyası hökumətinin aparatının strukturunu təsdiqləyib.

Sənədə əsasən, Dmitri Qriqorenkonun rəhbərlik etdiyi aparatın 11 nəfərə qədər müavini ola bilər.

Valeri Sideorenko aparat rəhbərinin birinci müavini təyin edilib.

Baş nazir hökumətin şöbə müdirlərini də təyin edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi