Mişustinin Azərbaycana işgüzar səfəri başlayır

misustinin-azerbaycana-isguzar-seferi-baslayir
Oxunma sayı: 2307

Bu gün Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin Mətbuat xidməti məlumat yayıb.

O, səfər çərçivəsində azərbaycanlı həmkarı Əli Əsədov və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.

Danışıqlarda Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. 

Görüşlərin və danışıqların yekunu olaraq bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir.