Mişustinin yerinə o gəldi

Mişustinin yerinə o gəldi
Oxunma sayı: 1783

Rusiya Federal Vergi Xidmətinin (FTS) keçmiş rəhbərinin müavini Daniil Yeqorov həmin qurumun rəhbəri vəzifəsinə təyin edilib. “Qafqazinfo”nun məlumatına görə, müvafiq sərəncam Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib.

“Yeqorov Danil Vyaçeslavoviç tutduğu vəzifədən azad olunaraq Federal Vergi Xidmətinin rəhbəri vəzifəsinə təyin edilsin”, - Baş Nazir Mixail Mişustinin imzaladığı sənəddə deyilir.

Qeyd edək ki, daha əvvəl Federal Vergi Xidmətinin rəhbəri olan Mixail Mişustin yanvarın 16-da Baş Nazir vəzifəsinə təyin olunub. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti istefaya göndərib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi