Mişustinlə Medvedev sabah görüşəcəklər

misustinle-medvedev-sabah-gorusecekler
Oxunma sayı: 1117

Rusiyanın Baş Naziri Mixail Mişustinlə Təhülkəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin görüşü olacaq.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, onların görüşü sabah Hökumət Evində baş tutacaq. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir.

Xatırladaq ki, Dmitri Medvedevin rəhbərliyi ilə hökumət yanvarın 15-də istefaya gedib. Onu Baş Nazir postunda Mixail Mişustin əvəz edib.