Mitinq iştirakçılarının sayı ilə bağlı- - Rəsmi açıqlama

mitinq-istirakcilarinin-sayi-ile-bagli-
Oxunma sayı: 3401


“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların, bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının və bəzi radikal dini qrupların 500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

BŞBPİ-dən bildirilənə görə, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.