Tanınmış futbolçu Konstantinos Mitroqlu karyerasını başa vurub.
“Qafqazinfo” xəbər verir ki, 34 yaşlı hücumçu özünə yeni klub tapa bilmədiyi üçün bu addımı atıb.
Son olaraq Almaniyada həvəskar liqada çıxış edən hücumçu iyulun 1-dən klubsuz qalıb.
Qeyd edək ki, Mitroqlu PSV, "Qalatasaray", "Benfika", "Marsel", "Fulhem" və "Olimpiakos" kimi məşhur klubların formasını geyinib. Uzun illər Yunanıstan millisinin şərəfini qoruyan forvard yığma komanda ilə çıxdığı 65 matçda 17 qol vurub.
Son xəbərlər
Son Xəbərlər