İndoneziyada keçiriləcək parlament seçkilərində namizədlərdən biri ad və soyadı ilə marağa səbəb olub. “Qafqazinfo”nun “New Straits Times” nəşrinə istinadən verdiyi xəbərə görə, bu, İndoneziyanın yerli sakini, SSSR-nin sabiq prezidentinin şərəfinə adlandırılmış Mixail Qorbaçovdur.
32 yaşlı kişinin tam adı Mixail Qorbaçov Domdur (Mikhail Gorbachev Dom). İndoneziyalı bildirib ki, o, dünyaya gəlməmişdən öncə valideynləri qızları olacağını düşünüblər: “Mən olanda ad seçimi edə bilmədilər. Bir gün atam qəzetdə Mixail Qorbaçovun məqaləsini görüb. O zaman atamın bu nüfuzlu şəxsin adı xoşuna gəlib. Beləliklə də, mən Mixail Qorbaçov oldum”.
Qeyd edək ki, 17 apreldə keçiriləcək seçkilərdə 245 nəfərin namizədliyi qeydə alınıb. Bu, ölkə tarixində prezident, vitse-prezident və millət vəkillərinin eyni zamanda seçiləcəyi ilk seçki olacaq.
Son xəbərlər
Son Xəbərlər