Rusiyanın məşhur teleaparıcısı və jurnalist Mixail Zelenski dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Rusiya-Mədəniyyət” kanalının rəhbər müavini Aleksandr Yefimoviç feysbuk səhifəsində yazıb. 47 yaşlı jurnalistin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Mixail Zelenski “Rusiya-Mədəniyyət” kanalında bir sıra verilişlərin aparıcısı olub.
***
“StarHit”in xəbərinə görə, Zelenski Dominikanda vəfat edib. O, insultdan dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər