“Mladost” – “İnter” oyununun hakimləri bəlli oldu

mladost-inter-oyununun-hakimleri-belli-oldu
Oxunma sayı: 722

Avropa Liqasında ölkəmizi təmsil edəcək “İnter”in I təsnifat mərhələsindəki Serbiyanın “Mladots” klubu ilə ilk oyunun hakimləri  bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, iyunun 29-da səfər qarşılaşmamımız Aleksandr Matyuninin başçılıq edəcəyi rusiyalı hakimlər briqadasına təyin olunub.

Anton Kobzev və Aleksey Lunyov yan xətt, Yevgeni Turbin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Xatırladaq ki, “Luçani” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.