MMA-çılarımız Kiyevdə 4 medal qazandı - Video + Fotolar

mma-cilarimiz-kiyevde-4-medal-qazandi
Oxunma sayı: 2035

Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyası 5-9 noyabr tarixində Ukraynanın paytaxtı Kiyev şəhərində MMA idman növü üzrə Avropa çempionatında ölkəmizi yeddi idmançı və bir hakimlə təmsil ediblər.

Federasiya prezidenti Azad Əsgərovun “Qafqazinfo”ya verdiyi məlumata görə, MMA üzrə Avropa çempionatında iştirak edən idmançılarımızdan 52 kq çəki dərəcəsində Fətəli Talıbov qızıl, 65 kq çəki dərəcəsində Denis Məlikov gümüş, 70 kq çəki dərəcəsində İmran Abbasquliyev və 83 kq çəki dərəcəsində Nail Əzizov bürünc medal qazanıblar.

MMA, Pankration və Qrapplinq Federasiyası idmançılarımızı təbrik edib, uğurlar arzulayıb.

Qeyd edək ki, Federasiyanın rəhbəri Tural Mirzəyevdir.