MMA döyüşçüsü insan oğurluğuna görə həbs edildi

mma-doyuscusu-insan-ogurluguna-gore-hebs-edildi
Oxunma sayı: 1016

Moskvanın Presensk məhkəməsi rusiyalı MMA döyüşçüsü Dmitri Sosnovskini həbs edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TASS” xəbər verib.

Sosnovski qrup şəklində insan oğurluğunda şübhəli bilinir. “Moskovski komsomolets”in yazdığına görə, onunla bərabər daha bir MMA döyüşçüsü – Aleksnadr Qladkov saxlanılıb. “112” Teleqram-kanalı qeyd edir ki, Sosnovskinin üzv olduğu kompaniya kişini oğurlayıb, döyüb və dostundan 400 min rubl istəməyi tələb edib.

Qeyd edək ki, Sosnovski keçirdiyi 11 görüşdən qalib ayrılıb.