MMA döyüşçüsü rəqibini balta ilə yaraladı - Video

MMA döyüşçüsü rəqibini balta ilə yaraladı
Oxunma sayı: 2420

Qarışıq idman növləri üzrə (MMA) rusiyalı idmançı Maksim Novosölov sparrinq-partnyoru Andrey Knyazevi məşq zamanı balta ilə yaralayıb. “Qafqazinfo” bildirir ki, həmin anın videosunu “Daily Mail” nəşri yayımlayıb.  

Belə ki, Knyazevlə döyüşən Novosölov onun qalxanını sındıraraq sağ qoluna xəsarət yetirib. Nəticədə Knyazevin yarasından qan açılıb.

“Biz qeyri-adi bir şey etmək istəyirdik, amma alınmadı. Mən xəstəxanaya düşdüm. Burada əlimə iki tikiş qoydular. Baş verənlərdən sonra məndə yara izi qaldı”, - Knyazev danışıb.

Məlumat üçün bildirək ki, M. Novosölov MMA-da 11 döyüş keçirib. Onlardan səkkizi döyüşçünün qalibiyyəti, ikisi məğlubiyyəti, biri isə heç-heçə ilə bitib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi