MMA, Pankration və Qrapplinq federasiyası Türkiyəyə belə dəstək oldu - Video

mma-pankration-ve-qrapplinq-federasiyasi-turkiyeye-bele-destek-oldu
Oxunma sayı: 2373

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə qazilər, tələbələr, idman federasiyalarının nümayəndələri və fəal gənclərin iştirakı ilə Türkiyədə baş vermiş zəlzələ ilə bağlı bu ölkənin Bakıdakı səfirliyinin önünə ziyarət təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, “Biz səninləyik, qardaş Türkiyə” şüarı altında təşkil olunan həmrəylik ziyarətində Azərbaycan MMA, Pankration, Qrapplinq Federasiyasının rəhbərliyi, məşqçiləri və idmançıları da yaxından iştirak ediblər.

Ziyarət iştirakçıları zəlzələdən zərərçəkənlər üçün təşkil olunan humanitar yardımlara da yaxından qatılacaqlarını bildiriblər.