Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara ev almaq adı ilə 200 min manatdan çox pul mənimsəmədə təqsirləndirilən "Şatl” MMC-nin təsisçisi və rəhbəri Sərvər Şeyxovun məhkəməsi sona çatıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirikən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə S. Şeyxov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Zərərçəkmişlərin qaldırdığı mülki iddia təmin edilib.
Qeyd edək ki, Sərvər Şeyxov vətəndaşlara ev almaq adı ilə onların etibarından sui- istifadə edərək 210 min manat dələduzluq edib. İş üzrə iki zərərçəkən var. Onlara dəymiş zərər ödənilməyib.
S. Şeyxov bundan qabaq da dələduzluq əməli ilə məhkumluq yaşayıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər