MN Ermənistanın yaydığı məlumatı təkzib etdi

MN Ermənistanın yaydığı məlumatı təkzib etdi
Oxunma sayı: 1198

Müdafiə Nazirliyi Ermənistanın yaydığı daha bir məlumatı təkzib edib.

Nazirliyin Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, noyabrın 24-ü saat 21:30-dan 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat qəti surətdə təkzib edilib.