MN-in Hərbi Polis İdarəsinin sabiq maliyyə rəisi də həbs olunub məhkəməyə verildi

mn-in-herbi-polis-idaresinin-sabiq-maliyye-reisi-de-hebs-olunub-mehkemeye-verildi
Oxunma sayı: 3224

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı daha bir məhkəmə başlayır.

“Qafqazinfo”nun məlumatına görə, cinayət baş verən dövrdə Müdafiə Nazirliyinin Hərbi Polis idarəsinin və bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş Sadiq Hacıyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

İttihama görə, S.Hacıyevin cinayət əməli nəticəsində dövlətə 1 milyon 500 min manat ziyan dəyib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) istintaqın əvvəlində ona ziyanı ödəməsi üçün şərait yaradıb, həbsi tələb edilməyib. Lakin Hacıyev bu şansdan istifadə etməyib. Dövlətə dəymiş ziyan ödənilmədiyinə görə onun haqda həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində DTX tərəfindən Müdafiə Nazirliyindəki qanun pozuntularına görə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Xəbəri rus dilində oxuyun: Кадры с виллы, построенной Баласаняном в Аскеране - ВИДЕО

İstintaqın gedişində nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadə, Təlim və Tədris Mərkəzinin maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə və digər şəxslər həbs edilib.