MNTK partiyanı təftiş edib

mntk-partiyani-teftis-edib
Oxunma sayı: 923


Partiyanın Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda MNTK-ın fəaliyyət proqramı üzrə işinin təşkili, qərarların icrası, yerli təşkilatlardan gələn məlumatlar, keçirilən tədbirlər və bir sıra başqa məsələlər müzakirə olunub, Göyçaya ezam olunmuş MNTK üzvü Namiq Əliyevin Göyçayda partiyanın keçirdiyi genişlənmiş müşavirə ilə bağlı məlumatı dinlənilib. Habelə,  MNTK sədri Elnurə Əliyeva qurumun fəaliyyəti ilə bağlı çıxış edib. 

E. Əliyeva deyib ki, hələlik  MNTK-ya şikayətlər daxil olmayıb. Partiyanın nizamnaməsinə uyğun olaraq bütün şəhər və rayon şöbələrində Nəzarət Təftiş Komissiyaları fəaliyyət göstərir. Partiya üzvlərinin  hər hansı bir şikayəti olanda da ilk növbədə bu qurumlara müraciət olunur. Əgər problemlər yerli strukturlar səviyyəsində həll olunmazsa, o zaman  MNTK-ya müraciət edirlər. Bizdə MNTK olaraq hər zaman çalışırıq ki, partiyamızın digər strukturları öz fəaliyyətlərini nizamnaməyə və müvafiq əsasnamələrə uyğun qursunlar. Belə olduqda təbii ki, şikayətlər olmur və yaxud da çox az olur.  Digər tərəfdən də partiyanın şəhər və rayon şöbələrinin Nəzarət Təftiş Komissiyaları ilə davamlı iş aparırıq ki, belə bir şikayət olduqda onlar məsələni araşdırıb yerindəcə həll etsinlər.

Sonda qərara alınıb ki, mart ayının birində bütün yerli NTK-ların iştirakı ilə  genişləndirilmiş müşavirə keçirilsin.