Mobil Dünya Konqresi koronavirusa görə ləğv edildi

mobil-dunya-konqresi-koronavirusa-gore-legv-edildi
Oxunma sayı: 812

Fevralın 24-27-də İspaniyada keçirilməsi planlaşdırılan Mobil Dünya Konqresi (MWC) ləğv edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, koronavirus səbəbindən şirkətlər kütləvi şəkildə tədbirə qatılmaqdan imtina edib. İmtina edən 20 şirkətin arasında Sony, LG, Amazon, McAfee, Vivo, Deutsche Telekom kimi nəhənglər də var.

Sərginin keçirilməsinin ləğvi qərarı da təşkilatçıların iclasından sonra qəbul edilib.

Qeyd edək ki, konqresdə Çindən 6 mindən çox insanın iştirakı gözlənilirdi.