“Mobil Müştəri Xidmətləri” ADA Universitetində

mobil-musteri-xidmetleri-ada-universitetinde
Oxunma sayı: 680

Azercell Telekom MMC tələbə və müəllimlərin rahatlığına yönəlik daha bir aksiyaya dəstək verir.  Şirkətin “Mobil  Müştəri Xidmətləri” 13 və 14 aprel tarixlərində Səyyar Asan Xidməti və Vergilər Nazirliyi ilə birgə ADA Universitetində müəllim və tələbələrinə xidmət aksiyasına qoşulub. Mobil  Müştəri Xidmətlərinin təmsilçiləri Vüqar Namazov və Fuad Tahirov tələbə və müəllim heyətinə ASAN imzaya qoşulma və Azercellin digər xidmətlərində dəstək göstərirlər. Məlumat üçün bildirək ki, Azərbaycanda ilk dəfə olaraq "Asan İmza" mobil elektron imza xidmətini təklif edən Azercell "ASAN xidmət" mərkəzinin 3 ofisində öz mərkəzini yaradıb. Sənədləri ilə bu ASAN mərkəzlərindən birinə, həm də istənilən Azercell Ekspres ofisinə müraciət edən "Azercell" müştərisi şirkətin bütün xidmətlərindən yararlana , həmçinin tarif və kampaniyalar haqqında ətraflı məlumatla tanış ola bilərlər.  Onu da bildirək ki, ASAN mərkəzlərində fəaliyyət göstərən bütün Azercell müştəri xidmətləri ofisləri digər operatorlardan nömrələrini Azercell-in şəbəkəsinə daşımaq istəyən abunəçilərin də ərizələrini qəbul edir.  Beləliklə, Azercell Telekom öz abunəçilərinin və ümumiyyətlə, ölkə əhalisinin xidmətlərdən rahat yararlanmaları üçün ASAN şəbəkəsi ilə müvəffəqiyyətli əməkdaşlığını davam etdirir.