“Əhalinin sıx yaşadığı ərazilərdə mobil telefonlar üçün antena quraşdırılması ilə bağlı nazirliyin qaynar xəttinə 17 şikayət daxil olub. Mütəxəssislər hər bir şikayəti yerində araşdırmaq məqsədilə ölçü işləri aparıb. 16 şikayətdə şüalanma norma daxilində müəyyən olunub”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O qeyd edib ki, bu qurğuların müəyyən texniki parametrləri var:
“Müasir qurğular Azərbaycanda istifadə edilir. Bu antenalar tək Azərbaycanda deyil, dünya ölkələrində də istifadə edilir. Mənfi təsirlər 2 metr artıq dairədə olmur”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər