Mobil telefon idxalı azalıb

mobil-telefon-idxali-azalib
Oxunma sayı: 902


“Qafqazinfo”nun Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycana ümumi həcmi 306,1 min ABŞ dolları olan 8463 mobil telefon və simsiz rabitə aparatları idxal olunub.

Cari ilin ilk 2 ayında idxal olunan mobil telefonların idxalı ötən illə müqayisədə 2,5 faiz azalıb. Ötən ilin yanvar-fevral aylarında Azərbaycana 8680 mobil telefon idxal olunub. Dəyər baxımından isə, idxalda 57,7 faiz azalma müşahidə olunub.