Mobil telefonları qanunsuz yolla ölkəyə gətirmək istədi

mobil-telefonlari-qanunsuz-yolla-olkeye-getirmek-istedi
Oxunma sayı: 2585

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefonun gömrük sərhədindən düzgün bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən üzərində 4 ədəd “İphone X” markalı mobil telefonun olması barədə sadələşdirilmiş bəyannamə tərtib edib.

Lakin vətəndaşın əşyaları rentgen aparatıyla yoxlanılarkən monitorda daha çox mobil telefonun təsviri görünüb. Bu səbəbdən həmin şəxs saxlanılıb və əşyaları təkrar yoxlanılıb.

Nəticədə, vətəndaşa məxsus çamadanda əvvəlcədən gömrük nəzarətinə düzgün bəyan edilməyən 10 ədəd, paketin içərisində isə 2 ədəd “İphone X 256GB” markalı mobil telefonlar aşkar olunub.