Möcüzə doğuş baş tutdu

mocuze-dogus-bas-tutdu-
Oxunma sayı: 3346


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karla Perez xəstəxanaya beyin qanaxması diaqnozu ilə aparılıb. 22 həftəlik hamilə olan qadını 100-ə yaxın həkim 10 həftə boyunca yaşatmağa çalışıb. Doğumdan iki gün sonra ölən ananın övladına Angel-Mələk adı qoyulub. Həkimlər uşağın səhhətində heç bir problemin olmadığını deyir. 

Onu da qeyd edək ki, ölümündən sonra ananın orqanları 3 nəfərə nəql olunub.