“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırki prezident İslam Kərimov da daxil olmaqla post uğrunda dörd namizədin mübarizə apardığı seçkidə 20 milyon səsvermə hüququ olan seçicinin 91 faizinin iştirak etdiyi bildirilir.
Səsvermədən sonra eksit-poll keçirilməsə də, aparılan sorğuya əsasən, ikinci tur olamayacaq.
Belə ki, təxminən 60% seçicinin İslam Kərimovu dəstəklədiyi qeyd edilir.
Mərkəzi Seçki Komissiyası isə hər hansı qayda pozuntusunun aşkar edilmədiyini açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər