Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək verən və Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” MMC tənha yaşayan ahıllara, aztəminatlı və qayğıya ehtiyacı olan ailələrə yardım edib.
“Qafqazinfo” xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin və “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” MMC-nin əməkdaşları tərəfindən ərzaq məhsullarından ibarət sovqatlar qeyd olunan kateqoriyadan olan 40-dan çox ailənin ünvanına çatdırılıb.
Vətəndaşlar ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlərə görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Son xəbərlər
Son Xəbərlər