Moda təqdimatında bir araya gəldilər - Fotolar

moda-teqdimatinda-bir-araya-geldiler
Oxunma sayı: 5221

Domeniko Dolçe və Stefano Qabbana markalarının yeni kolleksiyasının Venesiyada keçirilən təqdimatında bir çox məşhuru bir araya gətiriblər. 

“Qafqazinfo” xəbər verir ki, gecədə Cennifer Lopez, Şahzadə Diananın qardaşı qızı Kitti Spenser, Monika Belluççi, Anna Vintur, Rusiyanın Xalq artisti Filipp Kirkorov və başqaları iştirak edib.

Kirkorov instaqramda CeyLo ilə fotosunu paylaşaraq moda sahəsinin ən yaxşılarının onlar olduğunu bildirib.

Qeyd edək ki, Filipp Kirkorov “Dolce & Gabbana” markasının pərəstişkarıdır. Sənətçi uzun müddətdir, italyan moda evi ilə əməkdaşlıq edir və dizaynerlər Domeniko Dolçe və Stefano Qabbana ilə də dostdur.