Model müsabiqəsinin iştirakçısı evində ölü tapıldı- - Fotolar

model-musabiqesinin-istirakcisi-evinde-olu-tapildi-
Oxunma sayı: 3441


“Qafqazinfo” The İndependent-ə istinadən xəbər verir ki, 18 yaşlı model Mirjana Puhar Şimali Karolina ştatındakı evində ölüb tapılıb. Polis araşdırma aparır. Şübhəli bilinən Emmanuel Jesus Rangel saxlanılıb. Rangelin adı daha 3 cinayətdə hallanır. 19 yaşlı gəncin narkotik satışı ilə məşğul olduğu bildirilir. 

Qeyd edək ki, Puhar kiçik yaşlarından ailəsi ilə birlikdə Serbiyadan ABŞ-a köçmüş, bir müddət sonra 23 yaşlı sevgilisi  Jonathan Alvarado və ortaq dostları 21 yaşlı Jusmar Gonzaga-Garcia ilə eyni evdə yaşamağa başlamışdılar.