Oliqarx sevgilisini izləmək üçün hər ay 1 milyon xərcləyib

oliqarx-sevgilisini-izlemek-ucun-her-ay-1-milyon-xercleyib
Oxunma sayı: 3896

Rusiyalı milyarder, “Monako” futbol klubunun sahibi Dmitri Rıbolovlyov model sevgilisi Darya Strokousu gizli izləyib və bunun üçün hər ay 1 milyon dollar xərcləyib.

“Qafqazinfo” “Forensic News” nəşrinə istinadən xəbər verir ki, bütün bunlar 2015-ci ildə baş versə də, yalnız indi üzə çıxıb.

Məlumata görə, modeli altı ay müxtəlif şəhərlərdə (Nyu-York, Las-Veqas, Los-Anceles) izləyiblər. Onu gizli şəkildə müşayiət edərək şəkillərini çəkiblər. Bütün məlumatlar hesabat şəklində Rıbolovlyova təqdim olunub.

Oliqarxın özü yazılanları hələlik şərh etməyib. Onun D. Strokousla münasibətlərinin hazırda nə yerdə olduğu bəlli deyil.

“Forbes” Rıbolovlyovun sərvətini 6,7 milyard dollar məbləğində qiymətləndirir.