Modeldən eks-sevgilisinin rəfiqəsiylə öpüşməsinə - Münasibət

modelden-eks-sevgilisinin-refiqesiyle-opusmesine
Oxunma sayı: 710

Türkiyənin məşhur modeli Özge Ulusoy keçmiş sevgilisi Hacı Sabancı ilə rəfiqəsi Ahu Yağtunun sevgili olmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Özge 6 illik sevgilisindən 3 ay əvvəl ayrıldığını və yayılan xəbərlərdən sonra şoka düşdüyünü bildirib:

“Xəbəri oxuyanda şoka düşdüm. Araşdırdım, hər kəs onları görüb. Ahu 16 illik rəfiqəmdir, ondan gözləməzdim. Telefon zəng vurub inkar etmək istədi. Mən isə cavab vermədim, instagramdan da sildim. Ahu mənim üçün yoxdur. Hacıya əsəbiləşmədim, kişidir, bunu edə bilər. Bu gün ölmədimsə, daha ölmərəm. Onlara bir sözüm var, Allah xoşbəxt etsin. Mən çox güclüyəm”. 

Tanınmış pop ulduz Demet Akalın da rəfiqəsi Özgeyə dəstək olub:

“Ən yaxın rəfiqələrimizdən biri “yeznə” qurbanı oldu. İnsanın ağlı qədər ədəbi, ədəbi qədər ağlı olmalıdır”. 

Qeyd edək ki, bir neçə gün bundan əvvəl H. Sabancı ilə A. Yağtu klubda öpüşərkən görüntülənib.