“Qafqazinfo”nun Mirror-ya istinadən məlumatına görə, Boselli mühəndislik sahəsi üzrə doktorluq dərəcəsi qazanıb. O, London Universitetinin kollecində assistent, sonra isə müəllim kimi işləməyə başlayıb. Cazibədar riyaziyyat müəllimi 2014-cü ildə fitnes üzrə Avropa Çempionatının qalibi olub. Bosellinin “Giorgio Armani” üçün işləyən reklam şirkəti də var.
İtaliyanın Neqrar şəhərində dünyaya gələn Petro sonradan Böyük Britaniyaya köçüb. O, ilk günlərdən tələbələrinin diqqətini çəkib. Onlardan biri Arif Azli sosial şəbəkələrdə müəllimini axtarmağa başlayıb və buna nail olub. Həmin oğlan Bosellinin İnstagram hesabını tapıb və əslində müəlliminin maneken olduğunu, bu sahədən pul qazandığını bilib. Onun əksər tələbələri sevimli müəllimlərinin dərsdəki şəkillərini çəkərək şəbəkələrdə paylaşırlar.
Son xəbərlər
Son Xəbərlər